Modern.az

Azərbaycanda son bir ildə əlillik azalıb

Azərbaycanda son bir ildə əlillik azalıb

29 Yanvar 2015, 15:21

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tibbi-sosial ekspertiza xidmətində şəffaflığın  təminatına nəzarətin gücləndirilməsi nəticəsində son bir ildə ilkin və təkrar əlillik qrupu  təyin olunanların sayı azalıb.  

Bu barədə Modern.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ötən il ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyaları tərəfindən ilkin əlillik qrupu təyin olunanların sayı 2013-cü illə müqayisədə 7 664 nəfər azalıb. Hesabat dövründə həmçinin təkrar əlillik qrupu təyin olunan şəxslərin  sayında azalma 3 937 nəfər təşkil edib.

Ümumilikdə tam reabilitasiya göstəricisi 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi isə 0,7 faizdən 2,7 faizə yüksəlib. Bu dövrdə ƏƏSMN-nin bərpa-müalicə müəssisələrində  7 837 nəfər bərpa-müalicə xidməti ilə təmin edilib, habelə nazirlik tərəfindən 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki ixtisaslaşmış reabilitasiya mərkəzlərində müalicə kursu keçməsi təşkil olunub.

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza