Modern.az

Deputat AŞPA-nın baş katibinə girovlarımızla bağlı müraciət edib

Deputat AŞPA-nın baş katibinə girovlarımızla bağlı müraciət edib

29 Yanvar 2015, 15:21


Millət vəkili Qənirə Paşayeva AŞPA-da AŞ-nın baş katibi T.Yaqlandı Azərbaycanlı girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması üçün addımlar atmağa çağırıb.

Bu gün AŞPA-nın qış sessiyası çərçivəsində Avropa Şurasının baş katibi Tyobörn Yaqland AŞPA üzvləri qarısında çıxış edib və sonra millət vəkillərinin suallarını cavablandırıb. Modern.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə müraciət edərək Azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb. “Bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı erməni rejimi tərəfindən girov götürülən azərbaycanlılar, məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı saxta məhkəmələr quraraq onları hələ də girov saxlamaqda,  əziyyət və işgəncələr verilməkdə davam edirlər və azad etməkdən imtina edirlər. Onların ailələri sizdən dəstək gözləyir. Onların girovluqdan azad edilməsi, azadlığa çıxması üçün bir baş katib kimi hansı addımlar ata bilərsiniz və ya atmağı planlaşdırırsınız?, deyə millət vəkili bildirib.

Baş katib isə cavabında vəziyyəti gərginliyini xüsusi vurğulayıb.”Bu Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişə ilə bağlıdır. AŞ indiyə kimi bu münaqişənin həllində heç bir rol oynamayıb. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma AŞPA-nın Avropada İnsan hüquqlarının vəziyyətinə dair qəbul etdiyi son hesabatında deyilir ki, biz dondurulmuş münaqişələr olan bölgələrdə öz instrumentlərimizi işlədə bilmirik. İnsan hüquqlarının qorunması baxımından bu bir növ qara dəliklərdir. Biz də indi düşünürük ki, bu konkret məsələ ilə bağlı biz necə fəaliyyət göstərə bilərik, hansı töhfələrimizi verə bilərik. Hələlik biz heçnə edə bilmirik. Biz praktiki baxımdan nələr edə bilərik ? Biz bu sahədə yalnız insan hüquqlarını qorumalıyıq. Amma burada münaqişə olduğundan, bu çox həssas bir məsələdir. Amma mən yenə də əvvəlki kimi Konvensiyamızın dondurulmuş münaqişələrin mövcud olduğu bökgələrdə tətbiq oluna bilməməsinə təkidlə qarşı çıxıram. Avropada hamı, o cümlədən Dnestryani bölgədə, Dağlıq Qarabağda hamı bizim İnsan hüquqları üzrə Avropa Konvensiyamızla və digər uyğun beynəlxalq sənədlərlə qorunmalıdırlar.”

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza