Rusiyanın və MDB ölklərinin pivə bazarında lider olan “Baltika” şirkəti dərin böhran içindədir. Buna görə də şirkət ona məxsus olan 10 zavoddan 2-sini bağlamaq və 500 işçisini ixtisar etmək fikrində olduğunu açıqlayıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Baltika” bunu mürəkkəb makroiqtisadi şəraitlə və vergi sahəsindəki problemlərlə əlaqələndirib. Pivə şirkətinin Çelyabinsk və Krasnoyarskda yerləşən filialları və orada işləyən 766 işçisindən 560-ı işdən azad olunublar.“Təəssüf ki, Rusiya bazarında son illər qeyri-müəyyən maktomühit var və bu qeyri-müəyyənlik çətin qərar verməyimizə səbəb oldu”, - deyə “Baltika”nın vitse-prezidenti Yuri Bıkoriz açıqlayıb.
Danimarkanın “Carlsberg” pivə şirkətinə məxsus olan “Baltika” 2 zavodunu bağlamaqla öz istehsal gücünü 15 faiz azaldacaq. “Baltika” şirkəti Azərbaycandakı pivəsevərlərin də yaxşı tanıdığı müxtəlif növ“Baltika”, “Arsenalnoe”, “Jiqulovskoe” və “Tuborg” pivlələrinin istehsalçısıdır.
Modern.az