ABŞ-ın Kolumbiya Universitetinin alimləri son tədqiqatlarında insan beynində susuzluğun özünəməxsus açarını aşkar ediblər.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu əlamət laboratoriya siçanlarının tədqiqi çərçivəsində təsdiqlənib. Alimlər müəyyən hüceyrə qruplarına təsir göstərməklə canlıların susuzluq hissini idarə etməyə nail olublar.
Əldə olunmuş təcrübə bir çox patologiyaların müalicəsində tətbiq olunacaq. Susuzluğun tənzimlənməsi üsulları su balansının bərpası prosesində yararlı hesab olunan bu metod, alimlərin fikrincə, gələcəkdə patoloji susuzluğun müalicəsi mümkün olacaq.
İnsanın su içməyini təyin edən sinir hüceyrələrinin iki tipi var. Susuzluq məhz onlardan bu və ya digərinin fəallığından asılıdır.
Elmin NURİ