Modern.az

Azərbaycanlı deputat AŞPA-da sədr müavini seçilib

Azərbaycanlı deputat AŞPA-da sədr müavini seçilib

29 Yanvar 2015, 16:31

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dördüncü günü qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin yığıncağı keçirilib.

AzərTAc-ın məlumatına görə, yığıncaqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva yekdilliklə AŞPA komitəsi sədrinin müavini seçilib.

Bu, Avropa Şurası ilə Azərbaycan arasında sıx əməkdaşlığın və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək etimadın bariz nümunəsi olduğunu bir daha sübut edir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza