Modern.az

Türkiyədəki erməni qəzetinə yeni baş redaktor təyin olundu

Türkiyədəki erməni qəzetinə yeni baş redaktor təyin olundu

29 Yanvar 2015, 17:52


Hrant Dinkin İstanbulda yaratdığı “Aqos” erməni qəzetinə yeni baş redaktor təyin olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 5 il baş redaktor çalışan Rober Koptaş bu vəzifədən gedir. “Aqos”un yeni baş redaktoru Etvart Danzikyan olacaq.

Etvart Danzikyan 1969-cu ildə İstanbulda anadan olub. Bu şəhərdəki “Mxitaryan” erməni liseyində oxuyub. “Aqos”un təsis edilməsində xidmətləri olub. “İletişim yayınları” nəşriyyatında redaktor işləyib. NTV və CNBC televizya şirkətlərində xəbərlər bölməsinin direktoru da işləyib. “Birikim” və “Radikal” qəzetlərində yazıları çap olunub. 2008-ci ildə “Aqos” üçün yazırdı.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza