Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti yeni bir ilkə imza atdı. Belə ki, şirkət qısa müddət ərzində yerli bazara yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verən “İLK” brend smartfonunu təqdim etdi. “İLK” istənilən təbəqənin smartfon istifadəçisinə çevrilməkdə kömək göstərən faktora çevrilməkdədir.
Gəlin bu ağıllı telefonun nələrə qadir olduğuna nəzər salaq və nəyə görə “İLK” smartfonunu seçməliyik sualına cavab axtaraq. Yeni telefon almağa hazırlaşırsınız və bütün telefonlar arasında seçim aparırsınız. Satışda o qədər çox telefon var ki, “hansı mənə uyğundur?”, “hansı seçim doğru olar?” yaxud, “brend smartfonlar nəyə görə bahalıdır?” suallarına cavab tapmaq bir xeyli çətinləşir.
Yeni telefon alarkən ilk öncə məqsədinizi bilməlisiniz. Telefonu nə üçün istifadə edəcəksiniz? İnternet, oyun, foto, film izləmək, sosial media, kitab oxumaq, “alo” demək, özünü göstərmək, mesajlaşmaq və sair. Brend sayılan smartfonlarda yüzlərlə oyun, ticarət, əyləncə, qısaca ağlınıza gələn hər şey haqqında bir çox applikasiyalar var. Özünüzü aldatmayın. Cavab çox sadədir. Çünki telefonunuzla keçirdiyiniz zamanda 80 faiz bu işləmlərin ikisini ya da üçünü etməyə vaxtınız çatacaq. Ehtiyacınız olmayan şeylərə artıq pul verməyin. İstifadə edilməyəcək xüsusiyyətlərinə görə bir telefona tonlarla pul xərcləməyə, əlavə kredit ödəməyə ehtiyac yoxdur. Bu baxımdan “İLK” smartfonları sizi lazımsız pul xərcləməkdən və beyninizi qarışdıracaq suallardan uzaqlaşdırır.
Şəxsən mən “İLK” smartfonunu seçməkdə heç də yanılmadım. Çünki 10 saatlıq ağır iş gününün sonunda 60 faizlik enerji ilə evə dönürəm. “İLK”-i necə istifadə etməyi hər gün kəşf etmirsən. Onun gözəlliyi sadəliyindədir. “İLK”-in kamerası da çox uğurludur. Digər smartfon istifadəçisi olan dostlarım “İLK”-lə çəkdiyim fotoları çox bəyənirlər. Cihaz bir telefon və mini kompüter olaraq çox işimi görür. Elektron ünvana gələn yenilikləri, “Facebook”, ”Twitter”, “İnstagram”, “YouTube”, “WhatsApp” sosial şəbəkələri rahatlıqla dəstəkləyir. Qüsursuzdur, ən əsası, donmur.
“İLK” smartfonu hər yana daşıya biləcəyiniz şəxsi kompüter kimidir. İstədiyin vaxt rahat şəkildə onu istifadə edə bilmək üçün çox əlverişlidir. Evdə kompüter arxasında etdiyim bir çox əməliyyatları artıq “İLK” smartfonu ilə həyata keçirdə bilirəm. Onunla tanışlıqda parlaqlığı, ekran ölçüsü, göz zövqü, barmaq çevikliyini göz önünə gətirdim və bu cihazın mənə uyğun olduğuna qərar verdim. Məncə, bu qədər üstün keyfiyyətlərə sahib olub üstəlik, əlavə xərc ödəmədən ağıllı telefona sahib olmaq hər kəsin xəyalıdır.
“İLK” smartfonu müasir texnoloji nailiyyətlərlə təchiz edilib. Android əməliyyat sistemində işləyən smartfon aşağıdakı texniki xüsusiyyətlərə malikdir: Geniş 4 düymlü sensorlu ekran, Android 4.3 əməliyyat sistemi, 4GB ROM + 512 MB RAM, 5.0 MP kamera+ parlaq işıq və ön kamera , , Bluetooth, FM radio, xarici dillərin dəstəklənməsi, uzun ömürlü batareya və 1 il zəmanət. Sadəcə 79 AZN ödəməklə abunəçilər bu üstünlüklərə malik mükəmməl cihaza sahib ola bilər. “Bakcell”dən “İLK” smartfon alana 6 ay ərzində bonus şəklində hər ay 1GB internet trafik hədiyyə olunur.
Təəssüf ki, insanların bir çoxu telefon alarkən qiymətə görə qərar verir. Əgər telefon çox bahalıdırsa, deməli yaxşıdır. Qiymətə baxıb qərar verməyin. Zamanla aldığınız smartfonların qiyməti tədricən aşağı düşür, yenisi ilə əvəzləmək istəyi yaranır. Vaxtı ilə ona saydığın puldan qat-qat aşağı düşməsi hər mənada öz təsirini göstərir.