Modern.az

Lukaşenkodan REKORD

Lukaşenkodan REKORD

29 Yanvar 2015, 20:55

 

Belarus prezidenti Aleksandr Lukaşenkonun bu gün Müstəqillik Sarayında keçirdiyi mətbuat konfransı müddətinə görə rekord olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbir 7 saat 7 dəqiqə davam edib. Mətbuat konfransı Minsk vaxtı ilə saat 11:00-da başlayıb 18:07-də qurtarıb. Lukaşenko Belarus və xarici jurnalistlərin suallarına cavab verib.

Dövlət başçısı postsovet respublikalarındakı iqtisadi və siyasi situasiyaya toxunub, o cümlədən Ukrayna ətrafında baş verən situasiya, Avrasiya İqtisadsi İttifaqının fəaliyyətinə, Belarusla Rusiya arasındakı müxtəlif sahələrlə bağlı qarşılıqlı münasibətlərdən bəhs edib. Sualların əksəriyyəti Belarusdakı sosial-iqtisadi vəziyyətlə bağlı olub.

Jurnalistlər mətbuat konfransı zamanı 40-a yaxın sual veriblər.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza