Rusiyanın Avropa Şurasından mümkün çıxışı o anlama gələcək ki, ölüm hokum kimi cəza tədbirinin qaytarılmasına heç birhüquqi maneə qalmayacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin biri deyib.
“Ölüm hökmünün ləğvi Rusiyanın 1996-cı ildə Avropa Şurasına üzv qəbulu üçün yerinə yetirməli olduğu tədbirlərdən biri idi.
Hamı xatırlayır ki, Rusiyada bu cəza tədbiri dayandırılıb”, - deyə AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında iştirak edən Dövlət Dumasının vitse-spikeri İqor Lebedev (Rusiya Liberal-Demokrat Partiyasından) xatırladıb. Onun sözlərinə görə, əgər Avropa Şurasından çıxmaqlabağlı qərar qəbul olunarsa, o zaman Rusiya bu məsələdə özü qərar verəcək.
Modern.az