Modern.az

Milli Məclisin deputatı AŞPA-da Azərbaycandakı media durumundan DANIŞDI

Milli Məclisin deputatı AŞPA-da Azərbaycandakı media durumundan DANIŞDI

29 Yanvar 2015, 21:50


“Mediya azadlığı hər hansı ölkədə demokratiya, siyasi azadlıqlar və qanunun aliliyinin təminatında mühüm amildir. Bu gün Azərbaycanda azad və müstəqil mediyanın fəlaiyyəti üçün bütün şərtlər var”

Modern.az xəbər verir ki, bunu AŞPA-nın qış sessiyasında “Avropada media azadlığının qorunması” məsələsinin müzakirəsi zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova söyləyib.

O qeyd edib ki, bu gün Azərbaycanda azad və müstəqil medianın fəaliyyəti üçün bütün şərait yaradılıb.  

“Ölkədə 5000-dən çox KİV qeydiyyatdan keçib. Qəzet və jurnalların 65 faizdən çoxu müxtəlif siyasi və ictimai təşkilatlara, özəl qurumlara və hüquqi şəxslərə mənsubdur.

Hökumət qurumlarından rəsmi məlumatların alınmasında heç bir məhdudiyyət yoxdur. Etnik və dini azlıqlar KİV ilə təminatda hər hansı maneə ilə üzləşmirlər. Qəzetlər xaricdən gətirilir və ya etnik azlıqların dillərində dərc olunur. Heç bir qəzet tiraj məsələsində məhdudiyyətlə üzləşmir. 2003-cü ilin martında dövlətin müdaxiləsi olmadan jurnalistlər tərəfindən Mətbuat Şurasının təsis edilməsi fikir və informasiya azadlığının təminində vacib addım olub. Bu qurum qəzetlərin monitorinqini həyata keçirir və jurnalistlərin davranış kodeksinə əməl olunmasını təmin edir. Azərbaycanda heç bir jurnalist peşə fəaliyyətinə görə həbs edilməyib. Əgər hansısa bir şəxs həbs edilibsə, o, cinayət törətdiyinə görə həbs olunub”.

S.Qafarova Azərbaycanda internet resurslarının son on ildə sürətlə inkişaf etdiyini söyləyib. O deyib ki, hazırda ölkədə əhalinin 75 faizi internetdən istifadə edir.

“Bu il geniş şəbəkəli internetin inkişaf etdirilməsinə dair yeni layihəyə start veriləcək. Nəticədə internet istifadəçilərinin sayı 85 faizədək artacaq. Bu, qeyd edilən sahədə Azərbaycanın 2017-ci ilədək inkişaf etmiş ölkələrin səviyyəsinə çatmasına imkan verəcək”. 

Modern.az



 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza