Ukrayna hakimiyyəti Donetskin “Şaxtyor” futbol klubuna Rusiya komandaları ilə görüşməyi qadağan edib.
Modern.az bildirir ki, bu haqda “Sportbox” portalına Donetsk komandası ilə yoldaşlıq oyunu keçirməyə hazırlaşan Moskvanın “Torpedo” klubunun baş məşqçisi Valeri Petrakov məlumat verib: “Bəli, onlar bizim kluba rəsmi kağız yollayıblar. Ukrayna hökuməti onlara oynamağı qadağan edib”.
“Şaxtyor” “Torpedo”dan əlavə Moskvanın OMİK klubu ilə də İspaniyada yoldaşlıq oyunu çərçivəsində görüşməli idi. Ancaq yanvarın 23-də rusyalılarla oyunla bağlı informasiya Ukrayna klubunun rəsmi saytından çıxarılıb. Bundan əvvəl Kiyevin “Dinamo” klubu Rusiya komandaları ilə oynamaqdan imtina edib.