Modern.az

İraqda xristian muxtariyyatı yaradılması təklif edilir

İraqda xristian muxtariyyatı yaradılması təklif edilir

29 Yanvar 2015, 22:00


Amerikalı senatorlar İraqın Nineviya vadisində xristian muxtar vilayətinin yaradılmasını təklif edirlər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 senator ABŞ-ın dövlət katibi Con Kerriyə məktubla müraciət edərək Amerika hökumətindən bu regiondakı xristian azlıqlara qarşı təqiblərin dayandırılmasında yaxından iştirak etmək tələbini  irəli sürüblər. 2014-cü ildə “İraq Şam İslam Dövləti”nin (İŞİD) yaraqlıları Nineviya vadisindən dini azlıqların nümayəndələrini qovublar.

Məcburi köçkün düşən 200 minə yaxın adam İraq Kürdüstanına sığınmaq məcburiyyətində qalıb.

Modern.az  
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza