Modern.az

İran XİN: “Danışıqlarda müvəffəqiyyətə nail olmaq mümkündür”

İran XİN: “Danışıqlarda müvəffəqiyyətə nail olmaq mümkündür”

30 Yanvar 2015, 00:20

İran və  “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 üzvü + Almaniya) Tehranın nüvə proqramı üzrə martın sonunda razılıq əldə edə bilər.

Modern.az saytının xarici Kİ-ə istinadən verdiyi xəbərə görə bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bildirib.

O Almaniya, İngilətərə və Fransanın XİN başçılarının müavinləri ilə birgə müzakirələrin perspektivini şərh edib. İran XİN rəsmisi bildirib ki, “altılıq” ölkələri realizm və siyasi iradə ortaya qoyduğu halda, nüvə danışıqlarında müvəffəqiyyətlərə nail olmaq mümkündür.  

Qeyd edək ki, müzakirələr İstanbulda aparılıb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza