Modern.az

Ağ Evin mətbuat katibinin SƏHVİ

Ağ Evin mətbuat katibinin SƏHVİ

30 Yanvar 2015, 01:15


Ağ Evin mətbuat katibi Coş Ernest ABŞ-ın Moskvaya qarşı sanksiyalarından dannışarkən Rusiya ilə İranı səhv salıb.

Modern.az saytının RİA-ya istinadən verdiyi xəbərə görə Ağ Ev nümayəndəsi bildirib ki,  Ukrayna münaqişəsinə görə Vaşinqtonun Moskvaya yeni sanksiya tətbiq etməsi istisna deyil.

Lakin bu zaman o, Rusiya ilə İranı səhv salıb:  

“Rusların son həftələrdəki hərəkətlərinə əsaslanaraq, ABŞ və onun müttəfiqlərinin İrana qarşı yeni sanksiyaları nəzərdə keçirməsini məntiqlə ehtimal etmək olar”,-deyə o səhv salıb.  

Qeyd edək ki, ABŞ hakimiyyət nümayəndələri zaman-zaman kobud səhv etməklə yadda qalıblar. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bundan əvvəl bir neçə dəfə yanlışlıqlara yol verib, o hətta İstanbulla İslamabadı səhv salıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza