Modern.az

“Sərkisyan əleyhinə Koreyadan, Amerikadan səs verənlər var” - QHT Şurasının üzvü

“Sərkisyan əleyhinə Koreyadan, Amerikadan səs verənlər var” - QHT Şurasının üzvü

30 Yanvar 2015, 10:08


Azərbaycanda BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına başlanılıb. Petisiyanın aparılmasında məqsəd, Xocalı hadisələrinin iştirakçısı olan Serj Sərkisyanın beynəlxalq cinayətkar kimi tanıdılması, 20 Yanvar həqiqətləri barədə dünya ictimaiyyətinin daha düzgün informasiya almasıdır.

Modern. az saytı kampaniyanın gedişi ilə maraqlanıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirib ki, kampaniya yanvarın 28-dən start götürüb: “Yaradılan işçi qrupunun tərkibində müxtəlif sahələr üzrə əməkdaşlar və dövlət qurumları daxildir. Dünəndən kampaniyanın sosial şəbəkələrdə aktiv təqdimatı gedir. Bu kampaniya barədə təkcə Azərbaycan daxilində yox, xarici ölkələrdəki diaspor nümayəndələrinə, xaricdə təhsil alan tələbələrə, o cümlədən Türkiyənin diaspor təşkilatlarının nümayəndələrinə də məlumat verilib. Ümid edirik ki, yaxın 2-3 gün ərzində kampaniyanın aktiv bazası başlayacaq. Artıq insanlarda məlumat formalaşıb. Aktiv imzaların gəlməsini gözləyirik.

Hazırda 1037 nəfər imza toplanıb. Kampaniyanın davam etmə müddəti var. Çalışırıq ki, “Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasını Xocalı hadisələrinin ildönümünə qədər yekunlaşdıraq. 20 Yanvar həqiqətləri barədə petisiyanı isə ondan sonrakı dövrlərdə tamamlamağı düşünürük.

Dünən çox aktivlik müşahidə olunurdu. Koreyadan, Amerikadan səs verənlər var. Bir adam yalnız bir dəfə səs verə bilər. Petisiya www.avaaz.org saytında həyata keçirilir”.

Yeganə Oqtayqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal