Son günlər cəbhə xəttinin Gədəbəy istiqamətində yaranmış gərginlik nəticəsində ordumuz 3 şəhid verdi. Modern.az saytı Gədəbəyin deputatı Rafiq Məmmədhəsənovdan rayonun hazırki vəziyyətini soruşub.
Rafiq Məmmədhəsənov Modern.az-a açıqlamasında cəbhənin Gədəbəy istiqamətində vəziyyətin sabitləşdiyini deyib: “Əhalidə və orduda ruh yüksəkliyi var. Erməni hiyləgər siyasətindən əl çəkmir, çalışırlar ki, vəziyyəti həmişə gərginlikdə saxlasın. Onlar hansı təxribata əl atsa da, ordumuz hər şeyə hazırdı. Nə orduda, nə də əhalidə qorxu var, vəziyyət normaldır, əhval-ruhiyyə çox yüksəkdir”.
Yeganə Oqtayqızı