ABŞ-ın dövlət katibi Con Kerri Bostondakı evinin qarşısındakı qarı təmizləmədiyinə görə 50 dollar cərimə ödəyəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl şəhərə güclü qar yağıb. Bu səbəbdən mer göstəriş verib ki, hər bir sakin öz evinin qarşısında qalınlığı 50 santimetrə çatan qarı özü təmizləməlidir. Ancaq bu vaxt Kerri ABŞ prezidenti Barak Obama ilə Səudiyyə Ərəbistanında səfərdə olub. O, Bostona qayıdana qədər artıq adına cərimə yazılıb.