Modern.az

Uorlikdən erməni təyyarəsinin vurulmasına REAKSİYA

Uorlikdən erməni təyyarəsinin vurulmasına REAKSİYA

30 Yanvar 2015, 12:22


ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan ordusunun Ermənistanın pilotsuz təyyarəsini məhv etməsinə münasibət bildirib. Modern.az saytının verdiyi xəbərə görə amerikalı diplomat bu barədə özünün twitter hesabında yazıb.

“Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xətti üzərində pilotsuz təyyarələrdən istifadə provakasiyadır. Tərəflər gərginliyi azaltmalıdır”,-deyə Ceyms Uorlik yazıb.  

Yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.  

Modern.az    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza