“Ermənistan cəzasız qalan dövlətdir. Bu ölkəyə heç BMT-nin 4 qətnaməsi ilə də təsir etmək mümkün olmur. Ona görə də cəzasız qalan Ermənistan dünya üçün problemə çevrilir. Əgər bu gün 2 azərbaycanlı girov götürülübsə, vaxt gələcək başqa ölkələrə də qarşı münasibətləri pisləşək”.
Bunu Modern.az-a açıqlamasında tarix elmləri namizədi , əslən Xankəndindən olan sabiq deputat Həvva Məmmədova deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, Avropa məhkəməsi girovlar məsələsinə baxmalı və tezliklə doğru cavab verməlidir: “Təəssüf doğurucudur ki, girovlardan birinin Rusiya vətəndaşı olmasına baxmayaraq, həmin ölkənin məsələyə müdaxiləsini görməmişik. Rusiya öz vətəndaşının hüququnu Ermənistanda qoruya bilməyib. Ona görə hesab edirəm ki, biz ölkəmiz, həm də dünyada yaşayan azərbaycanlılar adından davamlı şəkildə müraciətlər etməliyik.
Şahbaz və Dilqəm 20-25 ildən artıq doğmalarının qəbirlərini ziyarət edə bilməyib. Axı, onların nə günahı var? Əzəldən Azərbaycan torpağı olan yerlərə gediblər. Dünya ictimaiyyətinin insanlara qarşı laqeyd münasibətləri, ikili standartlar onu göstərir ki, baş verən proseslər müsəlmanlara, türklərə qarşı çevrilib. Onların şəkilləri, videolar göstərir ki, girovlara olmazın işgəncələr verilir”.
Sabir deputatın fikrincə, hər iki girova vurulan maddi, mənəvi, cismani zərərin hamısı Ermənistan tərəfindən ödənilməlidir: “Bu, azğınlaşmış ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ilk hadisə deyil”.
Həvva Məmmədovanın sözlərinə görə, Xocalı soyqırımından 23 il keçməsinə baxmayaraq, hələ də beynəlxalq təşkilatlar bu faciə ilə bağlı Ermənistana heç bir cəza verməyib: “Cəzasızlıq dünyada da ermənilərdən əziyyət çəkən dövlətləri ayağa qaldıracaq. Artıq Rusiyada - Stavropolda bunun qalxmaların şahidi oluruq. Nə qədər ki, gec deyil dünya səsimizə səs verməldir”.
Gülşən RAUFQIZI