Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası” 2014-cü ilin turizm göstəricilərini açıqlayıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qondarma qurumun “turizm idarəsinə” rəhbərlik edən Sergey Şahverdyan 2014-cü ildə Qarabağa gələn turistlərin sayının 2013-cü illə müqayisədə 12 faiz azaldığını etiraf edib.
Bununla belə, regionu ziyarət edən bir neçə min əcnəbi turistin il ərzində qondarma qurumda 6,4 milyon dollar pul xərclədiyini vurğulayıb.
Sergey Şahverdyan 2014-cü ildə Hadrut rayonunu Toğ kəndində çaxır festivalının keçirilməsini və Kəlbəcər rayonu ərazisində yerləşən Dadivank kilsəsinin İtalya mütəxəssislərinin köməyi ilə təmir edilməsini yerli separatçıların uğuru kimi qələmə verib.
Modern.az