Respubika Seysmoloji Xidmət Mərkəzinin direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Qurban Yetirmişli “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif olunub.
Modern.az xəbər verir ki, Q.Yetirmişli bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, seysmologiya, seysmotomoqrafiya, geodinamika, zəlzələ proqnozunun problemləri sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında göstərdiyi xidmətlərinə görə layiq görülüb.Elmin NURİ