Modern.az

Erməni polis İran vətəndaşlarını qarət etdi

Erməni polis İran vətəndaşlarını qarət etdi

30 Yanvar 2015, 15:54

Ermənistan xüsusi istintaq xidməti çoxsaylı oğurluqla bağlı cinayət işini icraata götürüb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, istintaqdan verilən məlumata görə, dövlət mühafizə xidmətinin yüksək rütbəli polis əməkdaşı A.Eduard və vətəndaş M.Onik sövdələşərək öz “borclarını” Yerevanda yaşayan İran vətəndaşının əmlakını oğurlamaqla ödəyiblər. Onlar 2014-cü il iyulun 12-də M.Renanın mənzilinə soxularaq 200 min dram dəyəri olan məişət cihazlarını oğurlayıblar. Sentyabrın 1-də isə M.Onik D.Safarın mənzilindən 600 min dramlıq qızıl-zinət əşyaları oğurlayıb. Digər İran vətəndaşının mənzilinin qarət edilməsi ilə də bağlı məlumat var. Təqsirkarlara ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza