Modern.az

Arda Turan təcili xəstəxanaya aparıldı

Arda Turan təcili xəstəxanaya aparıldı

Təhsil

30 Yanvar 2015, 17:14


Bir neçə gün öncə İspaniya kubokunun dörddə bir final mərhələsində aqressiv hərəkətləri ilə gündəmə gələn Madridin “Atletiko” klubunun türkiyəli futbol ulduzu Arda Turan bu gün təcili xəstəxanaya aparılıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “Qalatasaray”ın keçmiş yarımmüdafiəçisi Arda Turan zədələndiyindən məşqi qəfil tərk etməli olub. Dərhal həkim yoxlanışından keçsə də, bu ona kömək olmayıb. Odur ki, “Atletiko”nun əsas futbolçularından olan türkiyəli yarımmüdafiəçi təcili olaraq Madriddə özəl xəstəxanaya aparılıb.

Hələ də xəstəxanada olan Arda Turanın zədəsinin təfərrüatları barədə heç nə deyilmir.

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir