Modern.az

Rusiya əmlak bazarının azərbaycanlı kralları

Rusiya əmlak bazarının azərbaycanlı kralları

30 Yanvar 2015, 17:47

“Forbes” jurnalının Rusiya versiyası ölkənin əmlak bazarının 30 liderinin siyahsını dərc edib. Modern.az jurnala istinadən xəbər verir ki, siyahıda 2014-cü ildə kommersiya obyektlərinin icarəyə verilməsindən ən çox gəlir götürən biznesmenlərin adı daxil edilib.

Siyahının ilk pilləsində əslən Azərbaycandan olan biznemsenlər Zarah İliyev və Qod Nisanov qərarlaşıb. Onlar ötən il ərzində özlərinə məxsus “Foof City” kənd təsərrüfatı bazarından, “Redisson Moskow Royal” mehmanxanasından və “Avropa” ticarət mərkəzinin icarəsindən,  ümumilikdə 1,4 milyard dollar gəlir əldə ediblər. Əslən Qubanın Qırmızı qəsəbəsindən olan yəhudi əsilli biznesmenlər Rusiyada 1,2 milyon kvadrat metr əmlaka sahibdirlər.  

“Forbes” jurnalının tərtib etdyiyi reytinqin 8-ci pilləsində daha bir soydaşımız qərarlaşıb. “Krokus” şirkətlər qrupunun sahibi olan Araz Ağalarvo ötən il obyektlərini icarəyə verməklə 370 milyon dollar gəlir əldə edib. Əsas gəliri “Krokus Ekspo” sərgi mərkəzi (680 min kvadrat metr) və “Vegas” ticarət mərkəzi (145 min kvadrat metr) təmin edib. Xatırladaq ki, 2013-cü ildə  Araz Ağalarov ən böyük icarədarlar siyahısına başçılıq edirdi.  

Bundan başqa, siyahıda Çukotka vilayətinin keçmiş qubernatoru Roman Abramoviç, türkiyəli biznemsen Erman İlıcak, Türkiyənin “Enka”, ABŞ-ın “Goldman Sacks”, Avstriyanın “İmmofinans” və İsveçin “İKEA” şirkətləri də var.   

Vüqar İsmayılov
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...