İsrail prezidenti Reuven Rivlin BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və kütləvi qətllər barədə danışarkən onların arasında Xocalı soyqırımını da qeyd edib.
İsrail Xarici İşlər Nazirliyinin rəsmi saytında verilən xəbərdə qeyd edilir ki, antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə qarşı mübarizədən söhbət açan Reuven Rivlin deyib:
“Bu gün biz özümüzdən soruşmalıyıq ki, bizim, bu assambleyanın soyqırımına qarşı mübarizəsi kifayət qədər təsirli olubmu? Bu mübarizə Bosniyada soyqırımının qarşısının alınması üçün kifayət qədər təsirlimi idi? Xocalıda qətliamın törədilməsinin qarşısının alınmasında təsirlimi idi? Bəs taliban tərəfindən əfqanların öldürülməsinin? Bu mübarizə bu gün Suriyada kifayət qədər təsirlidirmi? Ya da Nigeriyada “Boko Haram” yaraqlılarının törədikləri qırğınların qarşısını almaq üçün kifayət edirmi?”.
İsrail Prezidenti belə cinayətlərin baş verməsinin qarşısının alınması üçün daha çox iş görülməsinin zəruriliyini qeyd edib