Modern.az

Səudiyyə Ərəbistanının yeni kralından ərəblərə böyük HƏDİYYƏ

Səudiyyə Ərəbistanının yeni kralından ərəblərə böyük HƏDİYYƏ

31 Yanvar 2015, 00:57


Səudiyyə Ərəbistanının yeni kralı Salman bin Əbdüləziz hakimiyyətə gəlməsi münasibəti ilə dövlət məmurlarına, pensiyaçılara və tələbələrə iki maaş həcmində bəxşiş ödənilməsini əmr edib. Bu bəxşişlərə ümumilikdə 30 milyard dollar vəsait sərf olunacaq.

Bundan başqa, kral Salmanın göstərişi ilə mülki məhkumların 500 min Səudiyyə Ərəbistanı rialını (təxminən 133 min dollar) keçməyən pul cərimələri də ləğv ediləcək.

Xarici KİV-lərdə verilən xəbərdə bildirilir ki, elektrik və su xidmətlərinə yönələn layihələrə 20 milyard rial ayrılmasını tapşıran kralın əmri ilə ədəbiyyat klublarına, həmçinin futbol üzrə super liqa komandalarının hər birinə 10 milyon, birinci liqa komandalarının hər birinə isə 5 milyon rial bəxşiş ödəniləcək.

Sosial müdafiədən yararlanan insanlara və əlillərə də iki maaş mislində yardım ayıran kral sosial yardım quruluşlarına dəstək üçün 2 milyard, ixtisas və sənət məktəblərinin hər birinə 10 milyon real ödənilməsinə qərar verib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi