Modern.az

Gənclər təşkilatları Gənclər gününü necə keçirəcəklər - Sorğu

Gənclər təşkilatları Gənclər gününü necə keçirəcəklər - Sorğu

Təhsil

31 Yanvar 2015, 10:47

2 fevral ümumrespublika Gənclər günüdür. Bu gün münasibətilə Azərbaycanda fəaliyyət göstərən bir sıra gənclər təşkilatları tədbirlər keçirir. Modern.az gənclər təşkilatının rəhbərləri ilə əlaqə saxlayaraq, onların bu il üçün hansı tədbirləri həyata keçirəcəkləri ilə maraqlanıb.



Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) baş katibi Seymur Hüseynov: “Azərbaycanın bütün sahələrində aparılan uğurlu fəaliyyətin bir istiqaməti olan gənclər siyasəti artıq bütün dünyada uğurlu təcrübə kimi tanınır. Bu BMT tərəfindən də təsdiq olunmuş faktdır. “Gənclər Siyasəti üzrə I Qlobal Forum”un məhz ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir. Bu gün ölkənin 112 gənclər platforması və 100 minlərlə gənci birləşdirən Gənclər Təşkilatları Milli Şurası bir platforma olaraq, müxtəlif beynəlxalq və regional platformalarda gəncliyimizi təmsil edir. Bu platformalarda Azərbaycanda gənclər siyasəti, ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə görülən işlər haqqında məlumat veririk. Bir çox ölkələr də məmnuniyyətlə bu təcrübələrdən yararlanırlar və həmin təcrübələri bölüşməyimizi müsbət qarşılayırlar. Əlbəttə, ölkəmizdə gənclərlə bağlı həyata keçirilən fəaliyyət özünəməxsusdur və kompleks təsirə malikdir. Gənclərlə bağlı atılan hər hansı bir addım və inkişaf digər sahələrin də inkişafına imkan yaradır. Azərbaycan gəncləri naminə ölkəmizdə dövlət qurumları, biznes strukturları və gənclər təşkilatlarının həmrəy fəaliyyət göstərməsini görmək çox xoşdur və düşünürəm ki, bu Azərbaycan gənclər siyasətinin uğurunun sirlərindən biridir”.

Onun sözlərinə görə, Gənclər günü ilə bağlı mühüm tədbirlər həyata keçiriləcək: “Gənclər günü ərəfəsində gənclər və gənclər təşkilatlarının inkişafını təmin edən bir sıra proqramlarımıza iştirakçıların qəbulunu elan edəcəyik”.

 

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov: “Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda gənclərin yararlanacağı bir neçə unikal proqram var. Azərbaycanda gənclərə göstərilən xüsusi diqqətdən biri də odur ki, sırf bu sahədə mühüm işlər görülür. Son qəbul olunan “2015-2025-ci illər gənclərin şəxsi inkişaf strategiyası da Azərbaycanda gənclərlə bağlı siyasətdə beyin mərkəzlərinin olduğunu göstərir. Çünki 10 ildə planlaşdırılmış bir siyasət Azərbaycana daha inkişaflı və perspektivli nəticələr gətirəcək. Cənab prezidentin hər zaman vurğuladığı kimi, ölkənin gəncliyi, gənclər siyasətinə verilən önəm reallıqda birbaşa gənclərin inkişafına yönəlib. Sadəcə, bir gənclər öz üzərimizdə çalışaraq, bu siyasətdən yararlanmalıyıq”.

M. Seyidov bildirib ki, fevralın 2-də “İrəli” İctimai Birliyi ilə bərabər bir neçə təşkilat, qurum tərəfindən gənclərə həsr olunan tədbirlər həyata keçirilir: “Azərbaycan Velosiped İdmanı Federasiyası, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı, “İrəli” İctimai Birliyi, Dövlət Bayrağı Meydanı, Bakı Avropa Olimpiya Oyunlarının Olimpiya Komitəsinin təşkilatçılığı ilə böyük “Veloyürüş” həyata keçiriləcək. Bundan başqa, Gənclər gününə həsr olunan video çarx hazırlanır”.



Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov :“Biz bu gün gəncləri əhatə edən hər hansı qanun layihələrini, həyata keçirilən dövlət proqramlarını və bu proqramların əldə olunan nəticələrini görə bilərik. Gənclər doğrudan da xoşbəxt təbəqədir. Ona görə ki, hər il gənclərlə bağlı müxtəlif layihələr həyata keçirilir. Qlobal səviyyədə gənclərə böyük yardımlar olurBu gün Azərbaycanda keçirilən gənclər siyasəti çox gözəl modeldir. Biz özümüz deyil, eləcə də bizlə əməkdaşlıq edən təşkilatlar da Azərbaycanda gənclər siyasətini öyrənməyə və bu sahədə təcrübə qazanmaq üçün bizə müraciət edirlər.

Biz ATGTİ olaraq, Gənclər günü münasibətilə universitetlərdə konfranslar keçirəcəyik. Keçən il olduğu kimi, bu il də bir sıra mühüm tədbirlərimiz, planlarımız var”.

Ulduz İBRAHİMOVA  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir