Yerevandakı Vazgen Sərkisyan adına hərbi institutda öldürülən Aykaz Barseqyanın atası cinayət işi üzrə istintaq aparan müstəntiqlərdən birinə deyib ki, həbs olunan 4 kursantdan biri polkovnik oğludur.
Modern.az-ın məlumatına görə, “Joxovurd” qəzetinin əməkdaşı ilə söhbətdə Barseqyanın valideynləri bir daha bu məlumatı təsdiqləyiblər. “Biz konkret kimin polkovnik oğlu olduğunu bilmirik, ancaq kimliyindən asılı olmayaraq bu işi gizlətmək olmaz. Həqiqi təqsirkarlar cəzalandırılmalıdırlar”, - ölən əsgərin qohumlarından biri deyib.
Modern.az