Modern.az

Transseksual deputat prezidentliyə namizəd olacaq

Transseksual deputat  prezidentliyə namizəd olacaq

31 Yanvar 2015, 11:15


Polşanın ilk transseksualı, Milli Assambleyanın aşağı palatasına deputat seçilən Anna Qrodska prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qrodskinin sözlərinə görə, onun namizədliyini üzvü olduğu “Yaşıllar Partiyası” dəstəkləyəcək. Gələcək namizəd jurnalistlərlə söhbətində bəyan edib ki, bu qərarı qəbul edərkən  siyasətçilərin qınağından çəkinməyib.

Qrodska 2011-ci ildə deputat seçilib, bundan bir il əvvəl isə cinsini dəyişib. O, “trans-Fuzja” hüquq müdafiə fondunun yaradıcısıdır. Bu fond transgenderlərin hüquqlarının müdafiəsi ilə məşğuldur.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir