Modern.az

Kimlər xəstələrə öz orqanını verə bilməz - AÇIQLAMA

Kimlər xəstələrə öz orqanını verə bilməz - AÇIQLAMA

31 Yanvar 2015, 11:45

 

 

Dünya praktikasında xəstələrə orqan köçürülməsi zamanı qohumluq əlaqələrinin çox da gözlənilmədiyi müşahidə olunmaqdadır.

Yəni bir şəxs digəri üçün donor olmaqda sərbəstdir. Lakin ölkəmizdə bu məsələ qadağandır. Hər kəsdə belə bir sual yaranır, səbəb nədir?

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi Modern.az-a açıqlamasında bildirib ki, bu baş verə biləcək riskin qarşısını almaq üçündür: “Qohum olma zərurəti yadlar arasında ola biləcək orqan alış-verşinin qarşısını almaq məqsədilədir. Ümumilikdə qanunla qadağan olmasa da mərkəzimiz tərəfindən qəbul edilən bir qərardır”.

Şöbə müdiri “nə vaxtsa Azərbaycanda qohum olmayanlardan da donor kimi istifadə edilməsi mümkündürmü” sualına cavab olaraq bildirib ki, “Bəlkə də nə vaxtsa olacaq, amma indi bu gündəmdə deyil”.

Həmçinin həkim qeyd edib ki, 2014-cü ildə 16 qarciyər, 64 böyrək transplantasiyası icra olunub. “Ən kiçik pasientimiz 4, ən böyüyüyü isə 62 yaşında olub”.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir