Modern.az

Metyu Brayza: “Barak Obama İlham Əliyevlə görüşməlidir”

 Metyu Brayza: “Barak Obama İlham Əliyevlə görüşməlidir”

31 Yanvar 2015, 12:29

ATƏT-nin Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza ölkəsinin Dağlıq Qarabağ münaqişəsində kifayət qədər aktiv rol oynamadığını düşünür. Modern.az saytı xəbər verir ki, Rusiyanın “Vestnik Kavkaz” saytına müsahibəsi zamanı Brayza prezident Barak Obamanın həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə birgə görüş keçirməsinin vacib olduğunu diqqətə çatdırıb:

“Prezident Obama həm Əliyev, həm də Sərkisyanla ara-sıra görüşlər  keçirməlidir. Dmitri Medvedev Rusiya prezidenti olduğu zaman keçirilən görüşlər kimi. Eyni zamanda prezident Obama bu münaqişənin ABŞ üçün önəmli olduğunu diqqətə çatdırmalıdır. Amma digər tərəfdən, münaqişə tərəflərindən biri ilk kompromis addımı atarsa, Obamanın münaqişəyə diqqətini daha çox çəkə bilər”.

ABŞ-ın Azərbaycanda keçmiş səfiri olmuş Brayza həm də Amerikanı Azərbaycanı dəstəkləməyə çağırıb və ölkəsindəki türk-azərbaycanlı icmasının ictimai həyatda daha aktiv olmasını vacib hesab edir: “Amerikadakı azərbaycanlı, həm də türk diasporlarının ictimai fikrin formalaşmasında rolu daha aktiv ola bilər. Cənab Obama ABŞ-ın strateji maraqları naminə Səudiyyə Ərəbistanını müdafiə edəcəklərini deyirsə, nə üçün Azərbaycanı da müdafiə etməsin?”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir