Moskvada tanınmısh tədqiqatcı-alim,tarix elmləri doktoru Nəsiman Yaqublunun rus dilində "Məhəmməd Əmin Rəsulzadə" Ensiklopediyası nəşr edilib.
Modern.az-ın məlumatına görə, ensiklopediya Rusiyanın "Maska” nəşriyyatı tərəfindən cap olunub. Bu münasibətlə Moskvadakı "Umumrusiya Azərbaycanlıları Konqresi"nin binasında təqdimat mərasimi kecirilib.Tədbirdə 100-ə qədər Rusiya və Rusiyada yaşayan Azərbaycan ictimaiyyətinin numayəndələri, alimlər, tədqiqatcilar, media mənsublari iştirak edib.
Tədbiri ilk olaraq Moskvadakı "Məhəmməd Əmin Rəsulzadə" Məclisinin sədri Fizuli Fərəcov acaraq, ensiklopediyanin rus dilində nəşrinin əhəmiyyətindən və Rusiya ictimaiyyəti üçün vacibliyindən danışıb.
Sonra ensiklopediyanın müəllifi N.Yaqublu cıxış edərək, kitabın nəşrinə dəstək olan F.Fərəcova, "M.Ə.Rəsulzadə Məclisi"nin təmsilcilərinə və təqdimata şərait yaratmış konqresin sədri İ.Hacıyevə təşəkkurunu bildirib.
Rusiyalı alimlər Rudolf İvanov,Vyaçeslav Şvetsov, Moskvada yaşayan azərbaycanlı alimlərdən tarix elmləri doktoru Əşrəf Hüseynov, professor Zahid Qocayev, filologiya elmləri doktoru, Rusiya Xarici Dillər Universitetinin müəllimi Bella xanım, tanınmış ziyalılardan Abuzər Bağırov, huquq elmləri namizədi Oktay Hüseynov, şair Nəsib Nəbioglu və Rusiyadakı Azərbaycan səfirliyininm müşaviri Aqşin müəllim cıxış edərək ensiklopediyanın rus dilində nəşrinin əhəmiyyətindən danışıblar.
Modern.az