Hazırda İspaniyada olan çaparımız Camal Rəhimov bu ölkədə keçirilən 13 mərhələli ibarət beynəlxalq reytinq yaşına (2 star ranking class) qatılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın
Modern.az-a verdiyi məlumata görə, bu yarış 2016-cı ildə Braziliyanın Rio de Janeiro şəhərində keçiriləcək Olimpiya oyunlarında iştirak üçün xal qazandırır.
Beləliklə, çaparımız 13 mərhələdən ibarət olan yarışın ilk mərhələsini keçərək maksimal 50 xalı toplayıb. Qarşıda çaparımız digər 12 mərhələni keçməklə xallarının sayını artıraraq, Olimpiya oyunlarına vəsiqə qazanmağa çalışacaq.
Modern.az