Modern.az

Makedoniyada dövlət çevrilişinin qarşısı alındı

Makedoniyada dövlət çevrilişinin qarşısı alındı

31 Yanvar 2015, 23:38

Makedoniya Respublikasının hüquq-mühafizə orqanları dövlət çevrilişinə cəhdin qarşısını alıblar. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda bu gün Makedoniya daxili işlər nazirinin köməkçisi İvo Kotevski məlumat verib. Onun sözlərinə görə, 4 nəfər şübhəli qanunsuz casusluq vasitələri və izləmədən istifadə edərək, eləcə də dövlətin yüksək vəzifəli şəxslərinə hədə-qorxu gələrək ölkədə dövlət çevrilişi həyata keçirməyə cəhd edib. Makedoniya Nazirlər Kabinetinin rəhbəri Nikoila Qruevski ölkəyə mürciət edərək deyib ki, dövlət çevrilişinə cəhddə şübhəli bilinən müxalifətdə olan Sosial-Demokratik İttifaqının lideri Zoran Zaev şantaj yolu ilə ondan texniki hökumət formalaşdırmağı tələb edib. Qruevskinin sözlərinə görə, o, ötən ilin sentyabr ayından noyabra qədər Zaevlə bir neçə dəfə görüşüb: “O mənə məlumat verirdi ki, xarici kəşfiyyatla əməkdaşlıq nəticəsində ölkənin faktiki olaraq bütün rəhbər şəxslərinin, prezidentdən tutmuş parlamentin sədrinə, hökumət başçısına və KİV nümayəndələrinə, eləcə də hakimiyyətdə və müxalifətdə olan bir sıra siyasi və ictimai xadimlərə qədər, hamının telefon danışıqları yazılıb. Mən ondan dəfələrlə soruşdum ki, o dediklərinə əmindirmi, eləcə də həqiqətənmi söhbər xarici kəşfiyyat xidmətlərindən gedir. O mənə təsdiqləyici cavablar verdi”.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis Makedoniyanın təhlükəsizlik və əks-kəşfiyyat idarəsinin keçmiş direktoru Zoran Veruşevski, onun arvadı Soni, Sosial-Demokratik İttifaqının sədri Zoran Zaev və Ctrumitsa yerli özünüidarəetmə icmasının məmuru Branko Palifriva barəsində c nayət işi qaldırmaq niyyətindədir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir