Fevralın 1-də Gəncə və Bərdədə baş vermiş bədbəxt hadisə 2 nəfərin ölümü ilə nəticələnib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Gəncə şəhərindəki mənzildə 1 nəfərin meyiti tapılıb. Hadisə yerinə çağırılan nazirliyin xilasetmə qüvvələri fərdi yaşayış evinin hasarından həyətə daxil olub və əraziyə baxış keçirərkən 1966-cı il təvəllüdlü Arzuman Abuzər oğlu Məmmədovun çardaqda asılmış meyidini aşkarlayıblar. Xilasedicilər A.Məmmədovun asilmış halda olan meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.
Bərdə rayonu, Qəhrəmanlı kəndində (rayon mərkəzindən 12 km aralı) 1941-ci il təvəllüdlü Əliyeva Güllü Əyyub qızına məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında yanğın baş verib. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı G.Əliyevanın cəsədi aşkar olunub. Onun tüstüdən boğulduğu güman olunur.