Modern.az

İŞİD 2-ci yapon girovu da edam etdi

İŞİD 2-ci yapon girovu da edam etdi

Dünya

1 Fevral 2015, 13:22



Terror təşkilatı İŞİD-in əlində saxladığı ikinci yapon girov Kenzi Qotonun öldürüldüyü göstərilən video yayılıb.

Modern.az “Hürriyət”ə istinadən xəbər verir ki, İŞİD-in internetdə nümayiş etdiyi videoda əlində bıçaq olan maskalı cəllad narıncı paltar geyindirilmiş yapon girov Qoto ilə görüntülənib. Görünüşlərdə yapon hökuməti və Baş nazir Şinzo Abeni təhdid edərək, bu hadisəyə görə məsuliyyətin onların üzərinə düşdüyünü vurğulayır. Daha sonra başı kəsilmiş bir cəsəd nümayiş etdirilir.

  İŞİD hələ 20 yanvar tarixində internet üzərindən Haruna Yukava və Kenzi Qoto adlı iki yapon girovun görüntülərini nümayiş edərək, girovların həyatlarına qarşılıq Yaponiya hökumətindən 72 saat içində fidyə olaraq 200 milyon dollar istəmişdi. İstəkləri yerinə yetirilməyən İŞİD öncə Yukavanın öldürüldüyünü bəyan etmişdi. Daha sonra 2005-ci ildə Əmmanda 57 adamın öldüyü "Qara çərşənbə" hücumlarına qatılan İraq vətəndaşı Sacide er-Rışavinin 24 saat içində sərbəst buraxılmaması halında Qoto və iordaniyalı pilot Muaz əl-Kesasibenin də öldürüləcəyi bildirilmişdi.  

Yayılan videolarda İŞİD cəlladı tərəfindən təhdid edilən Yaponiyanın baş naziri Şinzo Abe isə edam görünüşlərini şiddətlə qınadıqlarını söyləyib: "Yaponiya terrora boyun əyməyəcək. Əsla terroristləri bağışlamayacağıq. Beynəlxalq ictimaiyyətlə birlikdə Qotonun ölümündən məsul olanları ədalətin qarşısına çıxaracağıq".  

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi