Ermənistan mətbuatı parlamentin 6-cı sessiyasında (2014-cü ilin sentyabr-dekabr ayları) iclaslara ən az qatılan deputatların siyahısını tərtib edib. Modern.az xəbər verir ki, ən intizamsız deputat “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyandır. O, parlamentin 6-cı sessiyası zamanı baş tutan 133 iclasın heç birində iştirak etməyib. Ümumiyyətlə, verilən məlumata görə, “Çiçəklənən Ermənistan” Partiyası bu siyahıda rekord vurub. Məsələn, partiyanın üzvü Ruben Qevorqyan 100 dəfə, Abovyan şəhərinin meri Karo Quloyanın atası Murad Quloyan isə 99 dəfə iclaslara qatılmayıb. Partiyanın daha bir üzvü Karo Karapetyan 99, digər üzvü Məlik Muradyan isə 80 dəfə sessiya iclaslarından kənarda qalıblar.
Buna görə KİV-də “Çiçəklənən Ermənistan” Partiyası ən intizamsız partiya adlandırılıb.
Modern.az