Modern.az

Ermənistanda 4 kursant həbs olundu

 Ermənistanda 4 kursant həbs olundu

2 Fevral 2015, 11:33

Ermənistanın Vazgen Sərkisyan adına hərbi institutunun 4 kursantı barəsində həbs-qəti imkan tədbiri seçilib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onlar hərbi institutun 1-ci kurs tələbəsi Aykaz Barseqyanın intihar etməsi ilə bağlı açılan cinayət işi çərçivəsində həbs olunublar. Həbs olunan Vaçe Saakyan, Movses Azaryan, Qnel Tevosyan və Norik Saakyana qarşı artıq cinayət işi açılıb.

Yanvarın 29-u səhər saatlarında Vazgen Sərkisyan adına hərbi institutun idman zalında 19 yaşlı kursant Aykaz Barseqyanın asılmış meyiti aşkar olunub.

 

 

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza