Modern.az

Oqtay Əsədov: “Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz”

Oqtay Əsədov: “Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz”

2 Fevral 2015, 13:20

Modern.az saytı xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu günkü iclasında beynəlxalq təşkilatların ikili standartlarından danışıb. Onun sözlərinə görə, deputatlar bu qurumlarla işləyərkən ehtiyatlı olmalıdır.

“Hamınız təcrübəli millət vəkillərisiniz. Biz hələ də beynəlxalq təşkilatların əksəriyyətinə inanırıq. İndiyə kimi görmüşük ki, onlar yalnız öz dirijorlarının göstərişi ilə işləyirlər. Bunu görmüşük, şikayət etməkdən yorulmuşuq”.

O.Əsədov AŞPA-da Azərbaycan nümayəndə heyətinin Rusiyaya sanksiyalara qarşı qərar  verilməsini də şərh edib.

“Mətbuat yazır ki, Azərbaycan işğalçı dövləti dəstəklədi. Bəs niyə sanksiyalar Ermənistana qarşı olmur? Bu addımla Azərbaycan nümayəndə heyəti bir daha öz fikrini açıqladı ki, sanksiya hər kəsə qarşı qəbul edilməlidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, amma öz səsini eşitdirmək üçün sankiya təklifini dəstəkləmədi. Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin, bəs niyə onlara da dialoq təklif etmirlər? Azərbayca Ukraynanın ərazi bütövlüyün tam dəstəkləyir, amma ikili standartlara qarşıdır. Belə olanda isə bizə təsir edir. İstəyirik, səsimiz eşidilsin”.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama