Modern.az

Gəncədə Rəsulzadəyə hörmətsizlik - Heykəlin başına çuval keçiriblər

Gəncədə Rəsulzadəyə hörmətsizlik - Heykəlin başına çuval keçiriblər

Təhsil

2 Fevral 2015, 13:55

Modern.az saytı xəbər verir ki. millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı bu gün parlamentdə iki məsə ilə bağlı çıxış edib.  Bu ilin “kənd təsərrüfatı ili” elan olunduğunu xatırladan deputat bildirib ki, bir sıra rayonlarda idarələri birləşdirib regional idarə yaradılır.

“Əgər rayonlar üzrə regionlaşma aparılmayıbsa, necə regional idarə yaradıla bilər? Məncə, bu məsələyə baxmaq lazımdır. İkincisi, bizim ofisimiz Ağ Şəhərdədir. Burada Paris evləri tikilir. Bütün evlərin üzünə qara keramit vururlar. Yuxarıdan baxanda qara şəhərə oxşayır. Məncə, bu məsələyə də baxılmalıdır”.

S.Rüstəmxanlı onu da deyib ki, ona Gəncədən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin heykəlinə hörmətsizliklə bağlı zəng vurublar. Gəncəlilər deputata deyiblər ki, artıq 3 ildir ki, şəhərdə hansısa qurumlar Rəsulzadənin abidəsinin başına çuval keçirib, təmir işi aparırlar.
“Son zamanlar biz görürük ki, xarici ölkələrdə əsgərlərin başına çuval keçirirlər. Rəsulzadə bu dövlətin qurucusu, quruculardan biridir. Ona qarşı belə münasibət olmamaldır”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir