Modern.az

Leyla Əliyeva - Çərçivəyə sığmaram...

Leyla Əliyeva - Çərçivəyə sığmaram...

2 Fevral 2015, 21:58

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Çərçivəyə sığmaram...” adlı şeiri oxucuların ixtiyarına veririk.

Mən
çərçivəyə sığmaram,
çalışmayın boş yerə.
Ruhumu yaxın, doğma,
sanırsızsa bu qədər –
İnsanlar, siz azadlıq,
Azadlıq verin ona..!

Bəlkə can atmayasız
hisslərimi duymağa..?
Beynimdə, şüurumda
bambaşqa bir dünya var...
Siz mənə inanın ki,
qəm-qüssədən bir zərrə
əlamət yoxdur orda.
Öz ruhuma rahatlıq
gətirən mənəm orda.

Sən də ağlama, ey dost,
Dəyişmərəm mən səni,
ruhu, özü yadlara...
Qorxma alovlarından
odundan cəhənnəmin;
Axı, odun su adlı
əlacı var dünyada...

Ağlama, sızıldama
məhəbbətin xətrinə..! –
Ürəyinə hökm etmə!
Mən uçuram göylərdə,
möhkəmdir qanadlarım..!
Onları sındırmağa
söylə bir güc varmıdır?..

Meydan oxuma mənə,
“Divan tutacam!” deyə.
Məni sevib-sevməmək
deyil sənin gücündə...
Gözünə pis görünsəm
gözünü qurdalama...
Özüm belə istərəm!..
Sən də bacarmalısan
bunu bağışlamağı...
mənə belə baxmağı...

Mənə yazığın gəlib,
hönkür-hönkür ağlama!
Mən taleyi, qisməti,
gözündən oxuyanam.
Bəli, mən gedirəm,
                            lap
         əriyirəm vaxt kimi...
Mən yalnız özümküyəm,
özümə... mən hakiməm!

Mən indi tam başqayam
Anla və inan mənə..!
Hədsiz arzu
                  tamah tək
rahatlıq vermir mənə...
Sənsə nəyi daha çox,
arzulayıb, sevirsən..?
Arzunun səmasında
qoy parlasın ulduz tək...

Mən çərçivəyə sığmam!
mən bambaşqa adamam.
Sanki qəfəsdə quşam...
Mənə azadlıq lazım,
lazımdır... – nəfəs alım..!
Aç, burax, məni Göyə,
Tanrıya dua edim..!
Yuxularda yanına
uçub gəlləm, sevgilim...

Ruscadan çevirəni: Mahir Qabiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI