Modern.az

Jurnalistin oğlanları çempion oldular

Jurnalistin oğlanları çempion oldular

3 Fevral 2015, 10:01

Fevralın 1-də Pirşagı-Kürdəxanı idman zalında  2004-2006-cı il təvəllüdlü yeniyetmələr arasında  cüdo üzrə Açıq birincilik keçirilib.

Yarışda müxtəlif klublardan 300-dək cüdoçu iştirak edib. “Atilla”  İdman klubunun yetirmələri bu dəfə öz ugurları ilə məşqçilərini sevindiriblər. Ümumilikdə 6 çəki dərəcəsi üzrə klubun cüdoçuları rəqib tanımayıblar və fəxri kürsünün birinci yerində qərarlaşıblar.

27 kq çəki dərəcəsində Elcan Hacalı I yer, onun qardaşı Xaqan Hacalı isə 32 kq çəki dərəcəsində III yerə sahib olub. 

Klubun I yerə sahib olan idmançıları  Kərim Məmmədov, Fuad Abbaslı,Telman Abdullayev, Azər Məmmədov, Tural Zamanov olub.  II yeri Orxan Soltanov,  III yeri Emin Hüseynov, Əli Sadıqov, Abduləziz Məmmədov, Məhəmməd Sadıqov, Sabir Məmmədov tutublar.

Xatırladaq ki, idman klubunun baş məşqçisi 5-qat Avropa çempionu Elçin İsmayılov və Fərhad Məmmədovdur. Məşqçilər isə dünya çempionatında III yerin sahibi olmuş  Şumşad Bəhrəmov və İlham Nurullahdır.     

Qeyd edək ki, I yer tutan Elcan Hacalı və Xaqan Hacalı Azərbaycan qəzetinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Hacalıyevin oğlanlarıdır.






Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir