Modern.az

Muğannanın təhlükə hesab etdiyi əsəri çap olundu

Muğannanın təhlükə hesab etdiyi əsəri çap olundu

3 Fevral 2015, 11:08


“Hədəf” Nəşrlər Evi mərhum xalq yazıçısı İsa Muğannanın “Türfə” əsərini çap edib. “Türfə” nin yazıçının sağlığında çap olunmamasının əsas səbəbi əlyazmasının bir müddət naməlum qalması idi. Həm də İ.Muğanna müsahibələrinin birində “Türfə”nin nəşrini qismən də olsa təhlükəli olmasını qeyd edib. Modern.az xəbər verir ki, müəyyən müddət çapında problem yaranan əsər bir neçə gün öncə fililoq alim Şəmil Sadığın təşəbbüsü ilə “Hədəf” Nəşrlər evində çap edilib.

Qeyd edək ki, “Türfə”nin çapını mərhum xalq yazıçısını xanımı Firuzə Hüseynova sevinc göz yaşları ilə qarşılayıb.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI