Kubada son 6 ayda ilk dəfə ölkənin keçmiş lideri Fidel Kastronun fotoları yayılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 88 yaşlı Kastronun fotoları tələbə ilə söhbət zamanı çəkilib. Məlumatda qeyd edilir ki, Fidellə birgə görüntülənən cavan oğlan Kuba tələbə ittifaqının rəhbəridir. Fotoların yanvarın 23-də çəkildiyi bildirilir. Kuba inqilabının lideri uzun müddət ictimaiyyət arasında görünməyib. Bu səbəbdən onun barəsində müxtəlif şayiələr yayılıb: bəzi KİV-lər hətta Kastronun öldüyü barədə məlumat yaymağa cəhd ediblər. Onun son fotosu 2014-cü ilin avqust ayında yayılıb. Həmin fotoda Kubanın keçmiş lideri Venesuelanın prezidenti Nikolas Maduro ilə bir yerdə idi.
Modern.az