Modern.az

Özbəkistan prezidentinin komaya düşməsi xəbəri yayıldı

Özbəkistan prezidentinin komaya düşməsi xəbəri yayıldı

3 Fevral 2015, 12:34

Özbəkistan müxalifəti ölkənin indiki prezidenti İslam Kərimovun komaya düşməsi haqda xəbər yayıb. Modern.az bildirir ki, bu məlumatı xarici KİV-lər “Özbəkistanın Xalq Hərəkatı”na istinadən veriblər. Hərəkatın fəalları Özbəkistan hökumətindəki şəxsi mənbələrinə istinadən iddia ediblər ki, dövlət başçısının vəziyyəti yanvarın 28-də qəflətən ağırlaşıb. “Təxminən saat 20:30 radələrində İslam Kərimov “Kusaro” rezidensiyasında huşunu itirib”, - hərəkatın yaydığı məlumatda bildirilir. Digər xəbərə görə, rezidensiyanın tibb personalı dövlət başçısına təcili yardım göstərib. Bundan əlavə, əlavə mütəxəssislər çağırılıb. Ancaq prezidentin hec cür özünə gəlməsinə nail olunmayıb. İslam Kərimovun yanvarın 29-dan komada olduğu iddia edilir. 


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir