Modern.az

Erməni ailəsini qətlə yetirən rus əsgər Gümrüdə mühakimə olunacaq

Erməni ailəsini qətlə yetirən rus əsgər Gümrüdə mühakimə olunacaq

3 Fevral 2015, 12:38


Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirməkdə təqsirlənidrilən rus hərbçisi Valeri Permyakov Ermənistan ərazsində mühakimə olunacaq. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Permyakovun məhkməsi Gümrüdəki 102-ci hərbi bazanın ərazsindəki hərbi qarnizon məhkəməsində keçiriləcək:
“Tərəflər məhkəmə işinin Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazada keçirilməsi barədə razılıq əldə ediblər”.

Bundan başqa, Rusiya və Ermənistan prokurorluqları ittiham aktının Rusiya Cinayət Məcəlləsinin maddələri əsasında hazırlanmasına qərar veriblər.

102-ci hərbi bazanın əsgəri olan Valeri Permyakov yanvarın 12-də hərbi hissənini ərazisin icazəsiz tərk edərək Gümrüdəki evlərdən birində yaşayan Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirib. O, Ermənistan –Türkiyə sərhəddində saxlanılıb.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir