Modern.az

92 min azərbaycanlı Gürcüstana gedib

92 min azərbaycanlı Gürcüstana gedib

Təhsil

3 Fevral 2015, 12:50

Gürcüstan Daxili İşlər Nazirliyi 2015-ci ilin yanvar ayı ərzində ölkəni ziyarət edən xarici turistlərin sayını açıqlayıb. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ay ərzində ölkəyə 309 min 467 turist səfər edib. Gürcüstana səfər edən əcnəbi ölkə vətəndaşları arasında ilk yer Azərbaycan vətəndaşlarına məxsusdur. Ötən ay ərzində 92 min 844 vətəndaşımız bu ölkədə olub. İkinci yerdə isə Türkiyə (84 min 368 nəfər) vətəndaşlarıdır. Üçüncü yerdə Ermənistan (67 min 351 nəfər), dördüncü yerdə isə Rusiya (40 min 150 nəfər) vətəndaşlarıdır.

Gürcüstan yanvar ayında Avropa Birliyindən 7 min 576, Ukraynadan isə 7 min 350 nəfər turist qəbul edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir