Modern.az

SSRİ məşhurları Polad Bülbüloğluya görə Bakıya yığışacaqlar

SSRİ məşhurları Polad Bülbüloğluya görə Bakıya yığışacaqlar

Təhsil

3 Fevral 2015, 13:27

2015-ci il fevralın 4-də görkəmli ictimai və musiqi xadimi, müğənni, bəstəkar, Xalq Artisti, "İstiqlal" ordenli, professor Polad Bülbüloğlunun 70 yaşı tamam olur.

Modern.az saytı xəbər verir ki, bu münasibətlə sabah  Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 70 illiyinə həsr olunan yubiley gecəsi keçiriləcəkdir

Polad Bülbüloğlunun 70 illik yubileyində SSRİ Xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın Xalq Artistləri Lev Leşenko, Larisa Dolina, Zaur Tutov, Nikolay Baskov, Lüdmila Rümina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın Xalq artisti Tamara Qverdsiteli, Özbəkistanın Xalq artisti Fərrux Zakirov, Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze, Alsu, Dmitri Malikov, görkəmli mədəniyyət və ictimai xadimlər Mixail Şvıdkoy, Yuli Qusman, Mixail Qusman, Zurab Sereteli, Tahir Salahov, Andrey Dementyev, Düsen Kaseinov, Anatoli İksanov, Yekaterina Rojdestvenskaya və digər mədəniyyət, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcəklər.

Elmin NURİ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir