Modern.az

“Rəsulzadə və digər AXC-çilərin abidə komleksi yaradılacaq” - Siyavuş Novruzov

“Rəsulzadə və digər AXC-çilərin abidə komleksi yaradılacaq” - Siyavuş Novruzov

Təhsil

3 Fevral 2015, 16:03

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının abidə kompleksinin yaradılması ilə bağlı prezidentin sərəncamı var. Bu sərəncamın icrası Nazirlər Kabinetinə həvalə olunub. Bununla bağlı müsabiqə də elan olunub. Lahiyələr təqdim olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətə həsr olunan bir park və ya xiyabanın olacağı nəzərdə tutulub”.

Bu sözləri Modern.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O, bildirib ki, abidə kompleksinin yaradılması rəsmi dövlət sərəncamı ilə həyata keçirilən bir məsələdir: “Kimsə özü təşəbbüsü ilə nəyisə həyata keçirmək istəyirsə, bu, boş sözdür. Yeni yaradılacaq abidə kompleksinə Məhəmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoyiskinin, Əlimərdan bəy Topçubaşovun və digərlər tarixi şəxslərin adları daxildir. Ola bilər ki, müxalifət nəyisə özününküləşdirməyə çalışsın. Lakin bu işdə hər bir Azərbaycan vətəndaşı maraqlıdır”.

Yeganə Oqtayqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir