Paytaxtdan Abşeron rayonunun Hökməli kəndinə sərnişin daşıyan 156 saylı avtobus marşrutunun fəaliyyəti bərbad vəziyyətdədir. Bu istiqamətdə cəmi 2-3 sınıq-salxaq avtobus xəttə burxılır. Son illər kənd sakinlərinin sayı artıb, yeni məskunlaşmalar olub, amma marşruta yeni avtobuslar buraxmırlar. Sakinlər arasında ciddi narazılıq yaranıb. İllərdir davam edən problemə görə sakinlər Modern.az vasitəsilə səslərini eşitdirmək istəyirlər.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı regional şöbəsinin rəis müavini Əmrah Cəfərov Modern.az-a açıqlamasında qeyd edib ki, məsələdən xəbərdardırlar:
“Hazırda bu sahədə nazirlik islahatlar aparır. Yaxın vaxtlarda Hökməli sakinləri bu problemdən azad olunacaqlar”.
Gülşən RAUFQIZI